TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA AQEM-in mənzil-qərargahının açılış mərasimində iştirak edib

TÜRKPA AQEM-in mənzil-qərargahının açılış mərasimində iştirak edib

Tarix
Baxış
4
2 iyul 2025-ci il tarixində TÜRKPA Baş katibinin müavini Talqat Aduov Astana şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) mənzil-qərargahının rəsmi açılış mərasimində iştirak edib. Tədbirdə rəsmilər, Astana şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və AQEM-in Baş katibi Kayrat Sarıbay təşkilatın mənzil-qərargahının açılışı şərəfinə xatirə lövhəsinin açılışını ediblər. Mərasim AQEM-in bayrağının qaldırılması ilə davam etdirilib. Prezident Kasım-Jomart Tokayev Qazaxıstanın paytaxtında AQEM-in mənzil-qərargahının açılmasının əlamətdar və tarixi hadisə olduğunu və bunun regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərin birləşdirilməsi məqsədilə zamanında atılmış addım kimi beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstək qazandığını qeyd edib. Dövlət başçısı geosiyasi gərginliyin artmasının və çoxtərəfli prinsiplərin zəifləməsinin həm regional, həm də qlobal sabitliyə problemlər yaratdığını vurğulayıb. Daha sonda Prezident Tokayev AQEM-in bütün üzvlərinə uğurlar arzulayıb və Azərbaycana təşkilatdakı yüksək səviyyəli sədrliyinə, eləcə də dialoqun, etimadın və tərəfdaşlığın gücləndirilməsi istiqamətində davamlı səylərinə, habelə AQEM-in institusional inkişafına verdiyi töhfəyə görə səmimi minnətdarlığını bildirib. Baş katib Kayrat Sarıbay, öz növbəsində, AQEM-in Asiyada dialoq və əməkdaşlığa sadiqliyinin simvolu kimi yeni mənzil-qərargahın əhəmiyyətini vurğulayıb. O, üzv dövlətləri təbrik edib və onlara etimadın, tərəfdaşlığın möhkəmləndirilməsinə və təşkilatın inkişafına görə təşəkkürünü bildirib.