TÜRKPA APA-nın 16-cı plenar iclasında iştirak edir
Tarix
Baxış
2
24-28-yanvar 2026-cı il tarixlərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsənin başçılıq etdiyi nümayəndə heyəti Bəhreyn Krallığının Manama şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 16-cı Plenar Sessiyasında iştirak edir.
Asiya regionu çərçivəsində parlamentlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsi məqsədilə “Asiyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsində Asiya parlamentlərinin rolu: imkanlar, çağırışlar və gələcək inkişaf istiqamətləri” mövzusunda təşkil olunan APA-nın 16-cı Plenar sessiyasında iştirak etmək üçün 27 ölkədən təxminən 190 parlament üzvü və digər beynəlxalq təşkilatların nümayəndələri səfər edib. Tədbirdə APA-ya üzv dövlətlərin parlament sədrləri, vitse-spikerləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.
Səfər çərçivəsində TÜRKPA Baş katibi cənab Ramil Həsənin Plenar sessiyasında iştirakı ilə yanaşı, həmçinin Plenar sessiyada çıxış etməsi də nəzərdə tutulur. Eyni zamanda səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Səfərdə TÜRKPA Baş katibini onun müavini, cənab Muhammet Alper Hayali və Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət edir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026