TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA APA-nın 15-ci plenar iclasına qatılıb

TÜRKPA APA-nın 15-ci plenar iclasına qatılıb

Tarix
Baxış
3
19-20 fevral 2025-ci il tarixində Baş katibinin müavini Fuad Ələkbərov Bakı şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar iclasıda iştirak edib. İclasda 26 ölkədən 250-dən çox nümayəndə, o cümlədən APA-nın üzv dövlətlərinin parlament nümayəndə heyətləri, yüksək səviyyəli rəsmilər və 7 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Plenar iclas “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna keçirilib. Müzakirələr regionda siyasi, iqtisadi və sosial əməkdaşlığın genişləndirilməsi, çoxtərəfliliyin təşviqi, regional və qlobal problemlərin həlli kimi məsələlərə yönəlib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova iştirakçıları salamlayaraq, plenar iclasın əməkdaşlığın və çoxtərəfli dialoqun gücləndirilməsində rolunu qeyd edib. O, Azərbaycanın sədrliyi dövründə göstərdiyi səyləri vurğulayaraq, qlobal çağırışların həllində parlament diplomatiyasının əhəmiyyətini diqqətə çatdırıb. Sədr, həmçinin APA-nın fəaliyyətinin effektivliyinin artmasına əminliyini ifadə edərək, plenar iclasın işinə uğurlar arzulayıb. Plenar iclas Bəhreyn, Butan, İndoneziya, İran, Pakistan, Tacikistan, Özbəkistan, Oman, Belarus, BƏƏ, Fələstin, İordaniya, Tailand və Türkiyənin parlament sədrləri və yüksək səviyyəli nümayəndələrinin çıxışları ilə zənginləşdirilib. Plenar iclas çərçivəsində sosial və mədəni inkişaf, iqtisadi davamlılıq və Asiya ölkələri arasında siyasi əməkdaşlıq kimi məsələlərə dair əsas məruzələr təqdim olunub. Daimi komissiyalar tərəfindən sosial və mədəni məsələlər, büdcə və planlaşdırma, iqtisadi və davamlı inkişaf və siyasi məsələlər üzrə illik hesabatlar nəzərdən keçirilərək, təsdiq edilib. İclas APA-nın regional parlament əməkdaşlığının gücləndirilməsi üzrə öhdəliklərini və gələcək təşəbbüslərini əks etdirən Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşıb. 2017-ci ildə TÜRKPA-ya APA-da müşahidəçi statusu verilib.