TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Almatıda keçirilən beynəlxalq elmi konfransda iştirak edib

TÜRKPA Almatıda keçirilən beynəlxalq elmi konfransda iştirak edib

Tarix
Baxış
4
27 oktyabr 2023-cü il tarixində ​Baş katibin müavini vəzifəsini icra edən Sakı Sadıkov və İqtisadi əməkdaşlıq Komissiyasının katibi Bauırjan Datkayev Almatı şəhərində Türk Akademiyası, Atatürk Mədəniyyət, Dil və Tarix üzrə Ali Şura yanında Türk Dili Cəmiyyəti və Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin "Ortaq türk əlifbasının inteqrativ rolu: elmi və sosial aspektlər" mövzusunda birgə təşkil etdiyi beynəlxalq konfransda iştirak ediblər. Türk xalqlarını birləşdirən bir sıra təşkilatların nümayəndələri, dilçilər, türkoloqlar və linqvistika sahəsində mütəxəssislər konfransda iştirak edib və türk ölkələrinin əlifbalarının uyğunlaşdırılması məsələlərini müzakirə ediblər. Tədbirdə çıxış edən cənab Sadıkov türk əlifbalarının inteqrasiyasının əhəmiyyətini vurğulayaraq, türk ölkələrinin əlifbalarının uyğunlaşdırılmasının dil alimləri, dilçilər və türkoloqların birgə elmi işini tələb edəcəyini qeyd edib və bu istiqamətdə bütün türk xalqlarının əlifba, dil və məxsusi keyfiyyətlərinin nəzərə alınması gərəkdiyini bildirib. Konfrans zamanı türk əməkdaşlıq təşkilatlarının nümayəndələri, diplomatlar, dilçilik qurumlarının alimləri məsələ ilə bağlı fikirlərini bölüşüblər. Konfransın sonunda tədbirdə iştirak edən beynəlxalq təşkilatların nümayəndələri 6 hissədən ibarət qətnamə qəbul ediblər. Qətnamədə, əsasən, dil və mədəni dəyərlərin, türk xalqları arasında sosial-iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində görüləcək tədbirlər, vahid əlifbanın hazırlanması proseduru və tələbləri öz əksini tapıb.