TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA ADÖPA və BMT-nin Terrorçuluğa qarşı mübarizə üzrə Ofisinin virtual iclasında iştirak edib

TÜRKPA ADÖPA və BMT-nin Terrorçuluğa qarşı mübarizə üzrə Ofisinin virtual iclasında iştirak edib

Tarix
Baxış
3
15 fevral 2021-ci ildə Baş katibin müavini Ali Yıldız və TÜRKPA-nın Komissiya katibi Emin Həsənov Aralıq Dənizi Ölkələri Parlament Assambleyası (ADÖPA) və BMT-nin Terrorçuluğa qarşı mübarizə üzrə Ofisinin birgə təşkil etdiyi virtual iclasda iştirak edib. İclasın mövzusu “İŞİD kontekstində post-ərazi çağırışlar” olmuşdur. Proqram açılış mərasimi, “İŞİD kontekstində post-ərazi çağırışların qiymətləndirilməsi” mövzusunda panel, “Regional əməkdaşlıq və terrorçuluğa qarşı mübarizə səylərinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli panel, habelə sual-cavab sessiyasını əhatə etmişdir. İclas parlamentarilərə regionda post-İŞİD ilə bağlı çağırışlarla mübarizədə mövcud tendensiyalar, təcrübə və yanaşmalara dair fikir mübadiləsi imkanı yaratmışdır. TÜRKPA və ADÖPA arasında əməkdaşlıq 2020-ci ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində inkişaf etməkdədir.