TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA “Abay və XXI əsr: Dövrlər boyu davamlılıq” mövzulu videokonfransda iştirak etmişdir

TÜRKPA “Abay və XXI əsr: Dövrlər boyu davamlılıq” mövzulu videokonfransda iştirak etmişdir

Tarix
Baxış
2
21 may 2020-ci ildə, TÜRKPA Baş katibinin müavini Ali Yıldız görkəmli şair, yazıçı və mütəfəkkir Abay Kunanbayevin 175-ci və Beynəlxalq Türk Akademiyasının 10-cu ildönümünə həsr edilmiş onlayn videokonfrans zamanı çıxış etmişdir. Konransın mövzusu “Abay və XXI əsr: Dövrlər boyu davamlılıq” olmuşdur. Konfrans nazirlər, beynəlxalq təşkilat və elmi dairələrin nümayəndələrini bir araya gətirmişdir. Qazax ədəbiyyatında Abay yaradıcılığının xüsusi önəmini qeyd edən cənab Yıldız Abay ideyalarının müasir dünyada da aktuallığını qoruduğunu bildirmişdir. Bu baxımdan cənab Yıldız öz növbəsində Türk dünyasının tanınmasını artıran türkdilli xalqların görkəmli şəxsiyyətlərinin işlərinin və ortaq dəyərlərinin təşviqində Türk Akademiyasının rolunu yüksək qiymətləndirmişdir. Cənab Yıldız Türk Akademiyasının 10-cu ildönümü münasibətilə səmimi təbriklərini çatdırmış və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.