TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA 20-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "Translogistica Caspian” sərgisində iştirak edib

TÜRKPA 20-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "Translogistica Caspian” sərgisində iştirak edib

Tarix
Baxış
3
2 iyun 2023-cü il tarixində Baş katibin müavini Talqat Aduov və İqtisadi əməkdaşlıq komissiyasının katibi Bauırjan Datkayev 31 may-2 iyun 2023-cü il tarixlərində Bakıda keçirilən 20-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransLogistica Caspian” sərgisində iştirak etmişdir. Beynəlxalq tədbir Bakı Enerji Həftəsi ilə paralel keçirilmişdir. 38 ölkədən 331 şirkətin iştirak etdiyi sərgi 1-ci Azərbaycan Beynəlxalq Nəqliyyat və Logistika Forumu ilə yekunlaşmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi açılış mərasimində iştirak etmişdir. Dövlət başçısı sərginin 30 il ərzində Azərbaycanın potensialını beynəlxalq investorlara nümayiş etdirmək imkanı yaratdığını, 1994-cü ildə keçirilmiş ilk Xəzər Neft və Qaz sərgisinin isə Azərbaycanı dünyanın enerji ictimaiyyətinə tanıtdığını qeyd etmişdir. Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin regionda enerji sahəsində ən mühüm beynəlxalq tədbirlərdən biri olduğunu vurğulamışdır. Eyni zamanda, forumda Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak adından ünvanlanmış təbrik məktubları təqdim edilmişdir.