TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA 1-ci Türk Dünyası Gənclər Forumunda iştirak edib

TÜRKPA 1-ci Türk Dünyası Gənclər Forumunda iştirak edib

Tarix
Baxış
3
21-22 noyabr 2024-cü il tarixlərində TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində keçirilən 1-ci Türk Dünyası Gənclər Forumunda iştirak edib. Forumun açılış mərasimində Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseyit Tuymebayev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Qazaxıstan Respublikasının elm və ali təhsil nazirinin müavini Darxan Axmed-Zaki, Almatı şəhər akiminin (icra hakimiyyəti orqanının rəhbəri) müavini Azamat Kaldıbekov, “Soydaşlar” Fondunun Beynəlxalq əməkdaşlıq departamentinin icraçı direktoru Yerjan Mukaş və yüksək nailiyyətli gənc fəallar çıxış ediblər. Açılış mərasimindən öncə TÜRKSOY-un qonaqlar üçün türk xalqlarının ənənəvi yeməklərinin, əl işlərinin, rəqs və musiqilərinin, türk gənclərinin fotosərgisinin nümayiş olunduğu sərgisi təşkil edilib. Forumun açılış mərasimindən sonra yüksək vəzifəli rəsmilər Əl-Fərabi adına Qazax Milli Universitetinin Jurnalistika fakültəsində “TÜRKSOY Media Təhsil və Araşdırma” Mərkəzinin açılış mərasimində iştirak ediblər. Forum çərçivəsində “Motivasiyalı müsahibələr”, “Türk dünyası nailiyyətli gənclərinin müzakirə sessiyası”, “Türk dünyası gənclərinin ortaq və fərdi problemləri”, “Diaspor gənclərinin görüşü” adlı panel sessiyalar keçirilib. Forum çərçivəsində, həmçinin gənclər arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə “Gənclər Partiyası”, tanışılıq proqramı və mədəni proqramlar təşkil olunub. Forum Əl-Fərabi adına Qazax Milli Universitetinin tələbələrinin qala-konserti ilə başa çatıb. Növbəti Forumun Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi qərara alınıb. 1-ci Türk Dünyası Gənclər Forumu 25 ölkədən 200-dən çox gənci bir araya gətirib. Forumda Baş katib Mehmet Süreyya Eri komissiya katibləri Bauırjan Datkayev və Nazgül Joldoşova müşayiət ediblər.