TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Türkiyənin xarici işlər naziri TÜRKPA Baş katibini qəbul edib

Türkiyənin xarici işlər naziri TÜRKPA Baş katibini qəbul edib

Tarix
Baxış
3
24 oktyabr 2025-ci il tarixində Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazir Hakan Fidan Baş katib səfir Ramil Həsənə vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə öz təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzu edib. Baş katib, öz növbəsində TÜRKPA nümayəndə heyətinə göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Görüşdə əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb və qarşıdakı dövr ərzində ikitərəfli əlaqələr çərçivəsində yeni mexanizmlərin tətbiqinin vacibliyi vurğulanıb. Həmçinin TÜRKPA-nın üzv dövlətlərinin parlamentləri, xarici işlər nazirlikləri arasında və Türk Dövlətləri Təşkilatı çərçivəsində qanunların ratifikasiyası üzrə dialoq və əlaqələndirilməsini asanlaşdıran platforma kimi rolunun gücləndirilməsi müzakirə olunub. Baş katibi onun müavinləri Talqat Aduov və Muhammet Alper Hayali müşayiət ediblər.