Türkiyənin vitse-prezidenti Baş katibi qəbul edib
Tarix
Baxış
3
24 oktyabr 2025-ci il tarixində Ankara şəhərində Türkiyənin vitse-prezidenti cənab Cevdet Yılmaz TÜRKPA Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baş katibi təbrik edən vitse-prezident ona bütün fəaliyyətlərində uğurlar arzu edib.
Baş katib Ramil Həsən vitse-prezident Cevdet Yılmaza səmimi qəbula görə dərin minnətdarlığını bildirib. O, vitse-prezidentə Parlament Assambleyasının fəaliyətinə dair məlumat verib və TÜRKPA-nın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşərək, parlament dialoqunun gücləndirilməsinə, qanunvericilik koordinasiyasının təşviqinə və türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə yönəlmiş hazırkı təşəbbüsləri və gələcək layihələri vurğulayıb.
Baş katib bu cür fəaliyyətlərin Qazaxıstanın hazırkı sədrliyi dövründə uğurla davam etdirildiyini və həyata keçirildiyini qeyd edib.
Vitse-prezident Cevdet Yılmaz Türkiyənin TÜRKPA-nın missiyasının dəstəklənməsi istiqamətində öhdəliyini bir daha təsdiqləyib və türk dövlətləri arasında birlik, qarşılıqlı anlaşma və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Müzakirələr zamanı həmçinin qardaşlıq münasibətlərinin genişləndirilməsi və türk dünyasında daha güclü tərəfdaşlığın təşviqi məqsədilə gələcək təşəbbüslər müzakirə olunub.
Baş katibi onun müavinləri Talqat Aduov və Muhammet Alper Hayali müşayiət ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026