Türkiyə Respublikasının səfiri TÜRKPA Katibliyini ziyarət edib
Tarix
Baxış
3
24 fevral 2025-ci il tarixində Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün TÜRKPA Katibliyini ziyarət edib və Baş katib Mehmet Süreyya Er ilə görüşüb. Andiçmə mərasimindən sonra nəzakət ziyarətinə gələn səfiri 2-ci katib Tevfik Yavuzer müşayiət edib.
Baş katib ziyarətə görə cənab Akgünə minnətdarlığını bildirib və onu səfir təyin olunması münasibətilə təbrik edib.
Ziyarət zamanı cənab Akgünə TÜRKPA Katibliyi və onun fəaliyyəti haqqında məlumat verilib. Tərəflər TÜRKPA-nın üzv və müşahidəçi dövlətləri arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026