Türkiyə Parlamentinin Spikeri TÜRKPA Komissiyası üzvlərini qəbul etmişdir
Tarix
Baxış
3
27 fevral 2020-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Spikeri cənab Mustafa Şentop TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının Sədri cənab Sadık Şer-Niyazın başçılığı ilə Ankarada təşkil edilmiş seminarda iştirak edən Komissiya üzvlərini qəbul etmişdir. TÜRKPA Komissiyasının işində iştirak edən Özbəkistan nümayəndə heyəti də, həmçinin görüşdə iştirak etmişdir.
Milli qanunvericiliyin uyğunlaşdırılması istiqamətində fəaliyyətlərin əhəmiyyətini vurğulayan cənab Şentop göstərdikləri səylər üçün iştirakçılara təşəkkürünü bildirmişdir.
Öz növbəsində, seminar iştirakçıları TBMM-in 100 illiyi münasibətilə təbriklərini çatdırmış, tədbirin əla təşkili üçün minnətdarlıqlarını ifadə etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026