Türkiyə parlamentinin komitə sədri TÜRKPA Katibliyini ziyarət edib
Tarix
Baxış
3
3 may 2024-cü il tarixində Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclər və idman komitəsinin sədri, sabiq təhsil naziri Mahmud Özer TÜRKPA Katibliyini ziyarət edib və Baş katib Mehmet Süreyya Er ilə görüşüb.
Komitə sədri türk dövlətlərinin parlamentləri arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayan TÜRKPA Katibliyinə ziyarətindən məmnunluq hissi duyduğunu ifadə edib. Ziyarət zamanı qonağa Assambleyanın cari və gələcək fəaliyyəti, xüsusilə TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar Məsələlər məsələlər komissiyası çərçivəsində görülən işlər barədə məlumat verilib. Baş katib parlament əməkdaşlığının Türk dünyasının gələcəyi naminə əhəmiyyətini vurğulayıb.
Sonda ailə fotosu çəkilib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026