Türkiyə parlamentariləri TürkPA Katibliyini ziyarət etmişdir
Tarix
Baxış
2
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Bakıda keçirilən toplantısında iştirakı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvü TürkPA Katibliyinə nəzakət ziyarəti etmişdir. TürkPA Baş katibi Jandos Asanov TBMM nümayəndə heyəti ilə görüşmüş və TürkPA-nın fəaliyyəti haqqında məlumat vermişdir. Bununla yanaşı, TürkPA-nın Ətraf mühit və təbii ehtiyatlar Komissiyasının sədr müavini, İstanbuldan olan millət vəkili cənab Feyzullah Kıyıklık Türk dünyasında gələcək əməkdaşlığa dair qısa çıxış etmişdir.
Türkiyə nümayəndə heyətinin QDİƏT PA-dakı Sədri cənab Ramazan Can TürkPA Baş katibinə uğurlar arzu etmiş və TürkPA-ya yeni və tam təchiz edilmiş binanın ayrılmasına görə Azərbaycan Respublikasının Prezidenti və Hökumətinə təşəkkürlərini bildirmişdir.
Nümayəndə heyətinin tərkibinə həmçinin, TBMM Beynəlxalq Əlaqələr və Protokol Departamentinin Sədr müavini cənab Necati Öztürk və TBMM administrasiyasının işçi heyətinin müşayiəti ilə TBMM üzvləri cənab Özcan Ulupınar və Uğur Bayraktutan daxil idi.
Sonda TürkPA adından qonaqlara Baş katib tərəfindən xatirə suvenirləri təqdim edilmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026