TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Türkiyə Diyanət Vəqfi baş direktoru TÜRKPA Katibliyini ziyarət edib

Türkiyə Diyanət Vəqfi baş direktoru TÜRKPA Katibliyini ziyarət edib

Tarix
Baxış
3
4 mart 2025-ci il tarixində Türkiyə Diyanət Vəqfinin baş direktoru İzani Turanın başçılıq etdiyi nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət edib və Baş katib Mehmet Süreyya Er ilə görüşüb. Baş direktoru Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin dini məsələlər üzrə müşaviri İhsan Açık müşayiət edib. Baş katib Mehmet Süreyya Er qonaqları salamlayaraq Assambleyanın fəaliyyəti haqqında məlumat verib. Görüşdə tərəflər TÜRKPA və Diyanət Vəqfi çərçivəsində gələcək mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar. Türkiyə Diyanət Vəqfi “İnsanların ən yaxşısı insanlara ən xeyirli olanıdır” prinsipi ilə bütün bəşəriyyətin xidmətində olmaq üçün çalışan bir xeyirxah addımdır. Türkiyə Diyanət Fəqfi bu xeyirxah addımın davamı olaraq 13 mart 1975-ci il tarixində yaradılıb. Türkiyə Diyanet Vəqfi təhsildən mədəniyyətə, sosial və xeyriyyəçilik məsələlərindən dini məsələlərin dəstəklənməsinə qədər dünyanın 149 ölkəsində 1003 şöbəsi və geniş əhatəli və beynəlxalq yardım fəaliyyətləri ilə bu gün Türkiyədə əhəmiyyətli bir vətəndaş cəmiyyəti hərəkatına çevrilib. Xeyriyyəçi xalqın güclü dəstəyi və bu Vəqfə bağlı insanların əzmkar səyləri sayəsində beynəlxalq bir fonda çevrilən Diyanət Vəqfi bütün dünyada din, dil, dərisinin rəngi və cinsinə görə ayrı-seçkiliyə yol verilmədən məzlumlara ümid bəxş edir. Türkiyə Diyanət Vəqfi 1983-cü ildən etibarən Ramazan ayının mənəvi abu-havasını qorumaq məqsədilə Ankara və İstanbul şəhərlərində Türk Kitabı və Mədəniyyəti Sərgisi təşkil edir. Ədəbiyyatın mühüm mənbəyi olan 44 cildlik İslam Ensiklopediyası və onun bir çox başqa mənbələri mədəniyyət xəzinəmizə öz töhfələrini verib. Türkiyə və xaricdə təhsil fəaliyyətlərinə üstünlük verən Vəqf, Türkiyə və dünyanın 111 ölkəsində olan gəncləri Quran kursları, yaddaş təhsili (Quran əzbəri), uşaq bağçasından ibtidai məktəbə, İmam Hatip liseyindən universitetə, magistr və fəlsəfə doktoru elmi dərəcələrinədək təhsilin bütün səviyyələrində güclü dini maarifləndirməyə çalışır.