Türk Şurası Diaspor Əlaqә Qrupunun iclası Bakıda keçirilmişdir
Tarix
Baxış
2
8 fevral, 2019-cu il tarixində TÜRKPA nümayəndə heyəti Türk Şurası Diaspor Əlaqə Qrupunun 5-ci iclası və üzv ölkələrin Diaspor qurumları arasında təcrübə mübadiləsi proqramının açılış mərasimində iştirak etmişdir.
İclas Türk Şurası və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Açılış mərasimi zamanı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türk Şurası Baş katibinin müavini Ömer Kocaman, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin sədr müavini Abdulhadi Turus, Qazaxıstanın İctimai İnkişaf Nazirliyinin İctimai Saziş Komitəsinin Etnoslararası Razılıq və Diasporlarla Qarşılıqlı əlaqələr idarəsinin rəisi Meiram İmanbayev çıxış etmiş və müvafiq fəaliyyətlərə dair təqdimatlar etmişdir.
İclasda TÜRKPA nümayəndə heyəti Baş katibin müavini Naurız Aydarov və TÜRKPA-nın Komissiya katibi Emin Həsənov ilə təmsil olunmuşdur.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026