TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Türk əməkdaşlıq təşkilatlarının koordinasiya iclası baş tutub

Türk əməkdaşlıq təşkilatlarının koordinasiya iclası baş tutub

Tarix
Baxış
3
22 sentyabr 2020-ci ildə Baş katib Altınbek Mamayusupov Türk əməkdaşlıq təşkilatlarının Koordinasiya Komitəsinin videokonfrans formatında baş tutmuş iclasında iştirak edib. İclasda Türk Şurasının Baş katibi Bağdad Amreyev, TÜRKSOY Baş katibi Dusen Kaseinov, Beynəlxalq Türk Akademiyası Prezidenti Darxab Kıdırali və Türk Mədəniyyət və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva iştirak etmişdir. İştirakçılar öz təşkilatlarının cari və gələcək fəaliyyətləri haqqında məlumat vermiş, Katibliklər arasında məlumat mübadiləsinin təkmilləşdirilməsinə dair müzakirələr aparmışdır. Təşkilatlar arasında qarşılıqlı fəaliyyətin artırılmasının önəmini vurğulayan tərəflər, birgə tədbirlərin təşkili perspektivləri barədə fikir mübadiləsi aparmışdır. Onlar, həmçinin 2021-ci ildə üzv ölkələrin müstəqilliklərinin 30-cu ildönümü, o cümlədən Türk dünyasının görkəmli şəxsiyyətlərinin ildönümləri və bayramlarının qeyd olunmasının əhəmiyyətini qeyd etmişdir. Habelə tərəflər Koordinasiya Komitəsinin iclaslarının daha müntəzəm əsasda keçirilməsi barədə razılığa gəlmişdir.