TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Türk dövlətləri seçki sahəsində əməkdaşlığı gücləndirirlər

Türk dövlətləri seçki sahəsində əməkdaşlığı gücləndirirlər

Tarix
Baxış
3
13-15 may 2025 ci il tarixlərində TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi Seçki Orqanlarının Məsləhət Platforması haqqında əsasnamənin imzalanması mərasimi və əlaqədar tədbirlərdə iştirak etmək üçün Qazaxıstanın Türküstan şəhərində səfərdə olublar. Tədbirlərdə Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Qırğız Respublikasının Seçki və Referendum üzrə Mərkəzi Komissiyasının sədri Tınçtık Şaynazarov, Türkiyə Respublikası Ali Seçki Şurasının sədri Ahmet Yener, Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev, TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, Dünya Seçki Orqanları Assosiasiyasının Baş katibi İn-Sik Canq, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türk Akademiyasının vitse-prezidenti Asxat Kessikbayev, Macarıstan Milli Seçki Bürosu Katibliyinin Təşkilat şöbəsinin müdiri İştvan Tot, o cümlədən Türküstan vilayətinin sədri Nuralxan Kuşerov iştirak ediblər. Mayın 14-də TDT-yə üzv dövlətlərin mərkəzi seçki orqanlarının Məşvərət Platformasına dair Əsasnamənin imzalanması mərasimi olub. Mərasimdə Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov açılış çıxışı edib. O, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Həmçinin Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayev və Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, müvafiq olaraq Senatın üzvü Darxan Kıdırali və Məclisin üzvü Snejanna İmaşeva tərəfindən oxunan salamlama məktubu gündəriblər. Baş katib Mehmet Süreyya Er çıxışında Türk Dünyası üçün dərin tarixi, mədəni və mənəvi əhəmiyyətə malik olan Türküstan şəhərində bir daha olmaqdan məmnunluğunu ifadə edib. O, mərkəzi seçki orqanlarının Məşvərət Platforması haqqında Əsasnamənin imzalanmasının türk dövlətlərinin seçki idarəetmə orqanları arasında mövcud əməkdaşlığın institusionallaşdırılması və müntəzəm bazaya keçməsi istiqamətində zəruri addım olduğunu və bunun dövlətlərimizin türk əməkdaşlığı və demokratik idarəçiliklə bağlı ümumi baxışının növbəti təzahürü olduğunu qeyd edib. Baş katib hər bir türk dövlətinin seçkilərin idarə edilməsində özünəməxsus təcrübəyə malik olduğunu və bu kontekstdə mərkəzi seçki orqanları arasında daimi məsləhət mexanizminin qabaqcıl təcrübələrin mübadiləsi və demokratiyalarımızın ümumi çağırışlardan qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, təşkilatın türk dövlətlərində demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsinə töhfəsi kimi TÜRKPA-nın seçki və referendum üzrə müşahidə fəaliyyətinə toxunub, türk dövlətlərinin mərkəzi seçki orqanları ilə sıx əməkdaşlığa hazır olduğunu vurğulayıb. Tədbir çərçivəsində baş katib Mehmet Süreyya Er mətbuata müsahibə verib. Həmin gün “Türk dünyası: seçki sistemlərinin ənənələri, təcrübəsi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi ilə birgə təşkil olunan konfransda “Türk Birliyində seçki ənənələri” və “Türk dövlətlərində seçki sistemlərinin təhlili: nailiyyətlər və perspektivlər” adlı plenar iclas və iki sessiya keçirilib. Səfər proqramı çərçivəsində Baş katib Mehmet Süreyya Erin mayın 13-də Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov ilə ikitərəfli görüşü olub. Proqramın sosial hissəsində Xoca Əhməd Yasəvinin məqbərəsinə, “Ziyarət Mərkəzi”nə və Etno Kəndə ziyarət, “Dostluq Evi” binasında Etno-Mədəniyyət Mərkəzlərinin təqdimatı, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetində Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının kitab sərgisi və universitetin Nəbatat bağında ağacəkmə mərasimi təşkil edilib, o cümlədən “Karavan-Saray” turizm kompleksində Türkistan Musiqili Dram Teatrında “Qorqud əfsanəsi” tamaşasına və Fəvvarələr şousuna baxılıb. Tədbirlər zamanı Baş katibi TÜRKPA Katibliyinin əməkdaşları Azər Məmmədov və Şahida Mehdiyeva müşayiət ediblər. Platformanın yaradılması 3 noyabr 2023-cü ildə Astanada keçirilən TDT-nin 10-cu Zirvəsi zamanı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb. Təşəbbüs Türk Dövlətlərinın Başçıları tərəfindən dəstəklənib və TDT-nin 11-ci Zirvəsinin 26 noyabr 2024-cü il tarixində imzalanmış Bişkek Bəyannaməsində öz əksini tapıb.