“Ticarət nümayəndəlikləri haqqında” Model Qanunun hazırlanması üzrə ekspert qrupunun 1-ci iclası onlayn formatda keçirilib
Tarix
Baxış
3
14 dekabr 2023-cü il tarixində “Ticarət nümayəndəlikləri haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə ekspert qrupunun onlayn formatda ilk iclası keçirilib. Model Qanun TÜRKPA-nın 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsinə uyğun olaraq İqtisadi əməkdaşlıq komissiyası çərçivəsində hazırlanacaqdır.
İclasda Baş katibin müavini Talqat Aduov açılış nitqi ilə çıxış edib. İclas İqtisadi əməkdaşlıq komissiyasının katibi Bauırjan Datkayevin moderatorluğu ilə baş tutub.
İclasda üzv ölkələrin parlamentləri və müvafiq nazirliklərinin ekspertləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələri iştirak ediblər. İclasda ekspertlər sənəd layihəsinə dair fikir mübadiləsi aparılıb, növbəti iclasın 11 yanvar 2024-cü il tarixində keçirilməsi barədə razılıq əldə ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026