Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının 11-ci iclası keçirilib
Tarix
Baxış
3
14 may 2024-cü il tarixində Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının “TÜRKPA üzv dövlətləri arasında əmək miqrasiyası üçün şəraitin asanlaşdırılması” mövzusunda 11-ci iclası keçirilib.
İclasa Komissiyanın sədri vəzifəsini icra edən Qırğız Respublikası Joqorku Keneşinin üzvü Ulan Bakasov sədrlik edib. Komissiya üzvləri gündəlikdə duran məsələləri müzakirə edib, iclasın əsas mövzusu ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə TÜRKPA üzv dövlətləri arasında miqrasiya prosesi, eləcə də əmək miqrasiyası üçün şəraitin asanlaşdırılması sahəsində təcrübəyə dair müzakirələr aparılıb.
Gündəlikdə duran məsələlərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev tərəfindən hazırlanmış “Əmək bazarının tələblərinə uyğun kadr hazırlığı haqqında” Model Qanun layihəsi ilə bağlı olub.
Komissiya əsas mövzu üzrə hesabat məruzəsi və tövsiyə qərarının layihələrini, o cümlədən “Əmək bazarının tələblərinə uyğun kadr hazırlığı haqqında” Model Qanun layihəsini TÜRKPA-nın 6 iyun 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək 13-cü Plenar iclasına təqdim etmək üçün təsdiq edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026