TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası çərçivəsində “Müəllim statusu haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə Ekspert Qrupunun iclası keçirilib

Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası çərçivəsində “Müəllim statusu haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə Ekspert Qrupunun iclası keçirilib

Tarix
Baxış
3
4 mart 2025-ci il tarixində “Müəllim statusu haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə Ekspert Qrupunun onlayn formatda 3-cü və eyni zamanda yekun iclası keçirilib. “Müəllim statusu haqqında” Model Qanun layihəsi TÜRKPA-nın 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsinə uyğun olaraq Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının iş planı çərçivəsində hazırlanıb. “Müəllim statusu haqqında” Model Qanun layihəsi üzv dövlətlər arasında təhsil sahəsində hüquqi çərçivələrin uyğunlaşdırılması, üzv dövlətlərin təhsil sistemləri arasında beynəlxalq əlaqələrin təkmilləşdirilməsi, habelə iqtisadi, mədəni və sosial inkişafa töhfə verən təhsil proseslərinin yaxınlaşdırılması məqsədi daşıyır. 30 yanvar 2025-ci il tarixində TÜRKPA üzv dövlətlərinin və Katibliyin nümayəndələrindən ibarət Ekspert Qrupunun 1-ci iclasını keçirilib. Tərəflər model qanun layihəsi ilə bağlı fikirlərini bölüşüb, onun uğurlu şəkildə tərtib edilməsi ilə bağlı xoş məramlarını ifadə ediblər. Öz çıxışında Baş katibin müavini Sakı Sadıkov model qanun layihəsinin əhəmiyyətini vurğulayaraq, onun müəllimlərin hüquqi statusunun yüksəldilməsi, onların yaradıcılıq fəaliyyətləri üçün əlverişli şəraitin yaradılması məqsədi daşıdığını bildirib. İclasa komissiya katibinin vəzifə səlahiyyətlərini icra edən Aygerim Taalaybekova moderatorluq edib. Ekspert Qrupu “Müəllim statusu haqqında” Model Qanun layihəsinin hazırlanması istiqamətində onlayn formatda 3 iclas keçirib. İclaslar zamanı ekspertlər tərəfindən model qanun layihəsi ilə bağlı konkret və əsaslı tövsiyələr verilib, sənəd layihəsi ətrafında fikir mübadiləsi aparılıb, tərəflərin irəli sürdüyü təkliflər təhlil edilib və əsaslı təkliflər qəbul edilib. 4 mart 2025-ci il tarixində Ekspert Qrupunun son iclası keçirilib və komissiyaya təqdim ediləcək sənəd layihəsinin yekun versiyası hazırlanıb.