TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TDT-nin Ağsaqqallar Şurasının Azərbaycandan olan nümayəndəsi TÜRKPA Katibliyini ziyarət edib

TDT-nin Ağsaqqallar Şurasının Azərbaycandan olan nümayəndəsi TÜRKPA Katibliyini ziyarət edib

Tarix
Baxış
3
20 noyabr 2023-cü ildə dövlət xadimi, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycandan olan nümayəndəsi Həsən Həsənov Baş katib Mehmet Süreyya Erə nəzakət ziyarəti edib. Tərəflər türk əməkdaşlığının inkişafı ilə bağlı fikir mübadiləsi aparıb və onun daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər. Görüşdə cənab Həsənov cənab Erə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, Türk Akademiyası tərəfindən azərbaycan dilindən türk dilinə tərcümə edilmiş “Heydər Əliyev: Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr” kitabını hədiyyə edib. Həsən Həsənov tanınmış siyasətçi, dövlət xadimi, diplomat, alim, tarix elmləri doktorudur. O, Azərbaycan SSR Nazirlər Şurasının sədri, Azərbaycan Respublikasının BMT-dəki ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın ilk Baş naziri olub. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Baş naziri olub. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının BMT yanında (Nyu York) daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfiri vəzifələrində, 1993-1998-ci illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. O, həmçinin Azərbaycanın Macarıstan və Polşada fövqəladə və səlahiyyətli səfiri olub. Cənab Həsənov 23 il Sovet İttifaqı və Azərbaycan parlamentlərinin üzvü olub. Həsən Həsənov həm də elmi-bədii yaradıcılıqla məşğul olub. O, “Azərbaycan adlı dövlətin yaranması haqqında” monoqrafiyanın və dahi mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığına həsr olunmuş “Brüsseldən məktublar” əsərinin, o cümlədən bir sıra monoqrafiyaların, çoxsaylı məqalə və əsərlərin müəllifidir. O, Bakıda “İnsan cəmiyyətinin siyasi genezisi tarixinin fəlsəfəsi” və Tbilisidə “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” mövzularında iki doktorluq dissertasiyası müdafiə edib.