Şuşada “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda konfrans keçirilib
Tarix
Baxış
3
15 iyun 2024-cü il tarixində Baş katibin müavini Sakı Sadıkov Şuşa şəhərində keçirilmiş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransda iştirak edib. Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan xalqının Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının 3-cü ildönümünə həsr olunub.
Beynəlxalq konfransa 300-ə yaxın qonaq, o cümlədən Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin parlamentariləri, hakim partiyalarının nümayəndələri qatılıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Daha sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin hazırladığı “Biz birlikdə güclüyük!” adlı sənədli film nümayiş olunub.
Konfrans “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə”, “Ortaq dəyərlərin birliyi və müasirlik: partiya diplomatiyası yeni dialoq platforması kimi” və “Türk Dünyası-2040: gələcəyə konseptual baxış” mövzularında keçirilmiş üç plenar sessiyalardan ibarət olub.
Tədbir iştirakçıları tarixi Azərbaycan torpağı olan Qarabağın dirçəliş və firavanlıq rəmzi olan Şuşada keçirilən konfransda iştirakdan məmnunluq hisslərini ifadə ediblər. Onlar, həmçinin qlobal çağırışlar və qeyri-sabitlik fonunda türk dünyasının əməkdaşlığı gücləndirmək və mühüm məqsədlərə nail olmaq üçün bütün mümkün addımlar atdığını qeyd ediblər. Öz növbəsində, Şuşa Bəyannaməsində xarici siyasət, təhlükəsizlik, iqtisadiyyat, türk dünyasının dünyaya yaxınlaşması siyasəti də daxil olmaqla əməkdaşlığın bütün sahələri öz əksini tapdığından bu sənəd bütövlükdə türk dünyasının əhəmiyyətini artırır.
Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
Tədbir iştirakçıları Şuşanın tarixi yerləri, şəhərdə aparılan tikinti və yenidənqurma işləri ilə tanış olublar.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026