TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Sülh və Azadlıq Gününün qeyd olunması çərçivəsində yüksək səviyyəli görüşlər keçirilib

Sülh və Azadlıq Gününün qeyd olunması çərçivəsində yüksək səviyyəli görüşlər keçirilib

Tarix
Baxış
3
2025-ci il 19–21 iyul tarixlərində Sülh və Azadlıq Günü münasibətilə təşkil olunan tədbirlər çərçivəsində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yüksək səviyyəli rəhbərliyi tərəfindən qəbul edilib. Nümayəndə heyəti ŞKTC Prezidenti Ersin Tatar, Məclis Sədri Ziya Öztürkler, Baş nazir Ünal Üstel və Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu ilə görüşlər keçirib. Görüş zamanı Prezident Ersin Tatar nümayəndə heyətini səmimi qarşılayaraq, parlament və mədəni diplomatiyanın gücləndirilməsi yolu ilə Türk Dünyası ilə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Kipr Sülh Hərəkatının 51-ci ildönümünün önəmini qeyd edərək, bu tarixi müdaxilənin ada üzərində türk kiprlilərin varlığını təmin etdiyini və onun davamlı təsirinə diqqət çəkib. TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxışında 20 iyul Sülh və Azadlıq Günü münasibətilə Şimali Kipr Türk Cümhuriyyətində olmaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, ŞKTC Türk Dünyasının ayrılmaz bir parçası olaraq TÜRKPA-ya müşahidəçi üzv qismində qoşulub və bu, mühüm bir inkişafdır. Cənab Er, ŞKTC-nin beynəlxalq səviyyədə tanınmasına yönəlmiş səylərin uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib. Məclis Sədri Ziya Öztürkler ilə keçirilən görüşdə ŞKTC ilə Türk Dünyası arasında münasibətlər və TÜRKPA-nın beynəlxalq səviyyədə oynadığı strateji rol müzakirə olunub. Sədr qeyd edib ki, TÜRKPA qardaşlıq və həmrəylik platforması kimi ŞKTC-nin beynəlxalq aləmdə mövcudluğunun və təmsilçiliyinin artırılmasına mühüm töhfə verir. O, həmçinin TÜRKPA-nın Plenar Sessiyasında ŞKTC-yə verilən önəmə diqqət çəkərək, Türk dövlətləri arasında əməkdaşlığın davamlı olaraq daha da güclənəcəyinə inamını ifadə edib. Baş nazir Ünal Üstel çıxışında 1974-cü il Sülh Hərəkatının türk kiprlilərin azadlığını təmin edən tarixi dönüş nöqtəsi olduğunu və bu prosesdə Türkiyənin dəyişməz dəstəyinin həlledici rol oynadığını bildirib. O, ŞKTC-nin Türk Dövlətləri Təşkilatı və TÜRKPA-da müşahidəçi statusuna malik olmasının Türk Dünyası ilə daha dərin inteqrasiyaya doğru mühüm bir addım olduğunu vurğulayaraq, siyasi və mədəni həmrəyliyin getdikcə gücləndiyini qeyd edib. Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu ilə keçirilən görüşdə isə TÜRKPA-nın Plenar Sessiyasında Kiprə göstərilən dəstəyin önəmi vurğulanıb. Nazir bildirib ki, ŞKTC türk kiprlilərin layiq olduğu beynəlxalq tanınmanı əldə etmək üçün səylərini davam etdirir. Bu çərçivədə, xüsusilə, Türkiyə və Azərbaycanın verdiyi dəstəyin əhəmiyyətini xüsusi qeyd edib. Baş katib Mehmet Süreyya Eri səfər zamanı TÜRKPA Katibliyinin əməkdaşları Furkan Bilal Akyüz və Emin Salmanov müşayiət ediblər.