TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Sosial, mədəni və humanitar məsələlər komissiyasının ekspert qrupunun iclası keçirilib

Sosial, mədəni və humanitar məsələlər komissiyasının ekspert qrupunun iclası keçirilib

Tarix
Baxış
3
13 yanvar 2023-cü il tarixində TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyası çərçivəsində “Transsərhəd təhsil haqqında” model qanun layihəsinin hazırlanması üzrə ekspert qrupunun onlayn formatda ilk iclası keçirilmişdir. İclasda üzv dövlətlərin parlamentlərinin ekspertləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələri iştirak etmişdir. İclası Baş katibin müavini Nooruzbek Arstanbekov açmış, moderatorluğu komissiyanın katibi Kunduz Rustembekova həyata keçirmişdir. Üzv dövlətlərin ekspertləri sənədin layihəsi ilə bağlı rəy və təkliflərini irəli sürmüş, sənəddə öz əksini tapacaq bəzi tövsiyələr vermiş və fevral ayında ikinci iclasın keçirilməsinə dair razılıq əldə etmişdir.