Şimali Kipr Türk Respublikasının Prezidenti TÜRKPA Baş katibini qəbul edib
Tarix
Baxış
3
14 noyabr 2023-cü il tarixində Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfəri çərçivəsində Baş katib Mehmet Süreyya Erin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti ŞKTR-in Prezidenti Ersin Tatar tərəfindən qəbul edilib.
ŞKTR-in TÜRKPA-nın fəaliyyətində müşahidəçi qismində iştirakının vacibliyini vurğulayan Prezident Ersin Tatar bundan sonra da əlaqələri gücləndirməyə və türk əməkdaşlıq platformasının bütün ölçüləri ilə əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Baş katib, ŞKTR-in müstəqilliyinin 40-cı ildönümü münasibətilə Prezident Ersin Tatarı təbrik edib.
Baş katib, həmçinin TÜRKPA-nın fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat verib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026