TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti TÜRKPA nümayəndə heyətini qəbul edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti TÜRKPA nümayəndə heyətini qəbul edib

Tarix
Baxış
3
2024-cü il noyabrın 14-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ŞKTC-nin yaradılmasının 41-ci ildönümünün qeyd olunmasında iştirak etmək üçün səfərdə olan Baş katib Mehmet Süreyya Erin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyətini qəbul edib. Baş katib ŞKTC-nin yaradılmasının 41-ci ildönümü münasibətilə səmimi təbriklərini bildirib və bu mühüm gündə ŞKTC-də olmaqdan məmnunluq ifadə edib. O, “dildə, fikirdə, işdə birlik” anlayışının nə qədər önəmli olduğunun bu torpaqlarda hiss edildiyini qeyd edib. Türk əməkdaşlığına toxunan Baş katib ŞKTC-nin müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı (TDT) və TÜRKPA-ya qoşulmasının bu əməkdaşlığa daha da güc qatdığını bildirib. O, ŞKTC parlamentinin TÜRKPA fəaliyyətlərində ən yüksək səviyyədə iştirakının əməkdaşlıq prosesinə töhfə verdiyini vurğulayıb. Prezident Ersin Tatar TÜRKPA nümayəndə heyətinin ziyarətindən məmnunluq ifadə edib. O, 2022-ci ildə Səmərqənd şəhərində ŞKTC-nin TDT-də müşahidəçi statusu əldə etməsini dönüş nöqtəsi kimi qeyd edib və ölkənin tanınması baxımından ŞKTC-nin türk əməkdaşlıq təşkilatlarında təmsil olunmasının əhəmiyyətini bildirib. O, TÜRKPA-nın önəmli təşkilat olduğunu və ŞKTC-nin TÜRKPA-da iştirakının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Dövlət başçısı türk birliyinin bütün türk dövlətlərinə töhfə verəcəyinə inandığını ifadə edib, əməkdaşlıq və əlaqələrin artırılmasının əhəmiyyətini və zəruriliyini vurğulayıb. Prezident Ersin Tatar əlifba birliyini qeyd edib və bu addımı dil birliyinə töhfə verəcək hadisə kimi qiymətləndirib. Dövlət başçısı, xüsusilə qütbləşmə proseslərinin cərəyan etdiyi bir dövrdə türk birliyini önəmli dəyər kimi vurğulayıb. ŞKTC-yə səfər zamanı TÜRKPA Katibliyinin heyət üzvləri Azər Məmmədov və Ələsgər Ağayev Baş katib Mehmet Süreyya Eri müşayiət ediblər.