TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi səfir Turqaner TÜRKPA Baş katibinə nəzakət ziyarəti edib

Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi səfir Turqaner TÜRKPA Baş katibinə nəzakət ziyarəti edib

Tarix
Baxış
3
2025-ci il noyabrın 3-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən TÜRKPA Beynəlxalq Katibliyinə nəzakət ziyarəti edən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı təmsilçisi səfir Ufuk Turqaner ilə görüşüb. Görüş zamanı Baş katib cənab Həsən vəzifəsinin icrasına başlamasından sonra həyata keçirdiyi rəsmi təmaslarında türk dövlətlərinin parlament sədrləri və xarici işlər nazirlərindən aldığı güclü dəstək mesajlarını bölüşüb. ŞKTC Cümhuriyyət Məclisinin TÜRKPA-da müşahidəçi üzvlüyündən duyduğu məmnuniyyəti ifadə edən cənab Həsən yeni dövrdə müşahidəçi üzvlərlə əməkdaşlıq imkanlarının daha da genişlənəcəyinə inamını vurğulayıb. Nəzakət ziyarəti zamanı ŞKTC Bakı təmsilçisi səfir Turqaner səfir Həsəni TÜRKPA-nın Baş katibi seçilməsi münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. Səfir Turqaner Baş katib cənab Həsənə Kipr məsələsində bu günə qədər vermiş olduğu dəstəyə görə də təşəkkürünü bildirib. Görüşdə həmçinin ŞKTC-nin Bakıdakı Nümayəndəliyi tərəfdən üçüncü katib Görkem Reis, TÜRKPA Beynəlxalq Katibliyi tərəfdən Baş katibin müavini Muhammet Alper Hayali və komissiya katibi Kadir Yaman iştirak ediblər.