Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri TÜRKPA nümayəndə heyətini qəbul edib
Tarix
Baxış
3
2024-cü il noyabrın 14-də Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler ŞKTC-nin yaradılmasının 41-ci ildönümünün qeyd olunmasında iştirak etmək üçün səfərdə olan Baş katib Mehmet Süreyya Erin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyətini qəbul edib.
ŞKTC-nin yaradılmasının 41-ci ildönümündə ölkəyə səfər etməkdən məmnunluğunu ifadə edən Baş katib Mehmet Süreyya Er bu münasibətlə Kipr türk xalqına səmimi təbriklərini çatdırıb. Baş katib ŞKTC Məclisinin sədri seçilməsi münasibətilə Ziya Öztürkleri təbrik edib.
ŞKTC-nin TÜRKPA-nın fəaliyyətlərində iştirakının əməkdaşlığa dəstək və güc verdiyini qeyd edən Baş katib “dildə, fikirdə, işdə birlik” şüarına müvafiq olaraq ŞKTC-nin türk əməkdaşlığına töhfəsindən məmnunluq ifadə edib. O, TÜRKPA çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair parlament sədrinə məlumat verib.
Parlament sədri Ziya Öztürkler Kipr türklərinin 41 il əvvəl mübarizələrinin ən anlamlı günlərindən birini yaşadığını və ŞKTC-nin görüşün baş tutduğu tarixi parlament binasında elan edildiyini qeyd edib. 2023-cü ildə ŞKTC parlamentinin müşahidəçi qismində TÜRKPA-ya qoşulduğunu bildirən Ziya Öztürkler ŞKTC-nin TÜRKPA və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təşkilatlarda təmsil olunmasının əhəmiyyətini vurğulayıb.
Parlament sədri qeyd olunma mərasimlərində iştirakları üçün TÜRKPA nümayəndə heyətinə təşəkkürünü bildirib.
ŞKTC-yə səfər zamanı TÜRKPA Katibliyinin heyət üzvləri Azər Məmmədov və Ələsgər Ağayev Baş katib Mehmet Süreyya Eri müşayiət ediblər. Həmçinin ŞKTC Məclisinin üzvü Hasan Küçük, ŞKTC Məclisinin Baş katibi Seral Fırat və ŞKTC Məclisinin Mətbuat, xarici əlaqələr və protokol müdiri Milhan Lakadamyalı görüşdə iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026