TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Qırğızıstanın Xarici İşlər Naziri Baş katibi qəbul edib

Qırğızıstanın Xarici İşlər Naziri Baş katibi qəbul edib

Tarix
Baxış
3
27 noyabr 2020-ci ildə Qırğız Respublikası Xarici İşlər Naziri Ruslan Kazakbayev Baş katib Altınbek Mamayusupovu qəbul edib. Baş katib cənab Kazakbayevi Qırğız Respublikası Xarici İşlər Naziri təyin edilməsi münasibətilə təbrik edib. O, TÜRKPA-nın fəaliyyəti və Türk əməkdaşlıq qurumları ilə qarşılıqlı fəaliyyətlərinə dair, xüsusən COVID-19 pandemiyası zamanı Assambleyanın həyata keçirdiyi işlər və onun gələcək tədbirləri barədə Nazirə məlumat vermişdir. Öz növbəsində, Qırğız Respublikasında cari vəziyyət və Konstitusiya islahatları haqqında məlumat verən Nazir ölkədə proseslərin Konstitusiyaya uyğun olaraq həyata keçdiyini qeyd etmişdir. Həmçinin tərəflər 10 yanvar 2021-ci ildə Qırğız Respublikasında keçiriləcək qarşıdan gələn prezident seçkilərinin müşahidəsində TÜRKPA seçki müşahidə missiyasının iştirakına dair fikir mübadiləsi aparmışdır. Cənab Kazakbayev Assambleyanın fəaliyyətini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirmişdir.