Qırğızıstanın Azərbaycandakı səfiri TÜRKPA Katibliyini ziyarət edib
Tarix
Baxış
3
2 avqust 2024-cü il tarixində Qırğız Respublikasının fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov Baş katib Mehmet Süreyya Erə nəzakət ziyarəti edib.
Baş katib cənab Mamıtkanova təşəkkürünü bildirərək onu səfir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Baş katib Assambleya çərçivəsində həyata keçirilən işlər barədə səfirə qısa məlumat verib. Cənab Mamıtkanov öz növbəsində, həmçinin Səfirliyin fəaliyyəti barədə məlumat verib və Baş katibi Səfirliyin Türk əməkdaşlığı çərçivəsində TÜRKPA-ya hərtərəfli dəstək verməyə hazır olduğuna əmin edib.
Tərəflər TÜRKPA-nın himayəsində üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026