Qırğızıstan səfiri TÜRKPA-nın Baş katibinə nəzakət ziyarəti edib
Tarix
Baxış
3
21 yanvar 2026-cı il tarixində Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Maksat Mamıtkanov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsənə nəzakət ziyarəti edib.
Görüş zamanı səfir Mamıtkanov səfir Həsəni TÜRKPA-nın Baş katibi olaraq vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edərək ona məsul vəzifəsində uğurlar arzulayıb.
Öz növbəsində, Baş katib təşəkkürünü ifadə edərək cənab səfiri Assambleyanın cari fəaliyyəti və prioritetləri barədə məlumatlandırıb. O, həmçinin Qırğız Respublikasına son səfəri çərçivəsində Joqorku Keneşin (Parlament) sədri cənab Nurlanbek Turqunbek uulu ilə keçirdiyi görüş barədə məlumat verib və aparılan müzakirələrin məhsuldar xarakter daşıdığını məmnunluqla qeyd edib.
Səfir Mamıtkanov Baş katibi Qırğız Respublikasının səfirliyinin fəaliyyəti barədə məlumatlandıraraq türk əməkdaşlığı çərçivəsində TÜRKPA-ya hərtərəfli dəstək göstərməyə hazır olduqlarını bir daha vurğulayıb.
Görüşdə Baş katibin müavini cənab Sakı Sadıkov da iştirak edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026