Qırğızıstan Prezidenti Baş katibi qәbul etmişdir
Tarix
Baxış
3
8 fevral, 2019-cu il tarixində Baş katib Altınbek Mamayusupov Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov tərəfindən qəbul edilmişdir.
Prezident Sooronbay Jeenbekov cənab Mamayusupovu TÜRKPA Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etmiş və Türkdilli ölkələr arasında parlamentlərarası əməkdaşlığın və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsində Baş katibin bütün səylərini əsigəməyəcəyinə əminliyini ifadə etmişdir.
Öz növbəsində, Baş katib Türkdilli ölkələr arasında əməkdaşlıq proseslərinin müsbət dinamikasını və parlamentlər istiqamətində iş prosesinin fəallaşdığını qeyd etmişdir. Cənab Mamayusupov Assambleya tərəfindən dörd istiqamətdə - iqtisadi, hüquqi, sosial-mədəni və humanitar, ətraf mühit və təbii ehtiyatlar sahəsində həyata keçirilən fəal iş barəsində Prezidentə məlumat vermişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026