Qırğız Respublikasının Xarici İşlər Naziri TÜRKPA Baş katibini qəbul edib
Tarix
Baxış
3
28 oktyabr 2025-ci il tarixində Qırğız Respublikasının xarici işlər naziri cənab Jeenbek Kulubayev Bişkek şəhərində rəsmi səfərdə olan TÜRKPA Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Jeenbek Kulubayev səfir Ramil Həsəni TÜRKPA Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, Qırğız Respublikasının türk əməkdaşlıq qurumlarının inkişafına xüsusi diqqət yetirdiyini və TÜRKPA-nın parlament diplomatiyasında əsas platforma kimi əhəmiyyətli rolunu vurğulayıb.
Öz növbəsində, Baş Katib nümayəndə heyətinə göstərilən səmimi qəbul və qonaqpərvərliyə görə səmimi təşəkkürünü bildirib, Qırğız Respublikasının Assambleyanın fəaliyyəti və təşəbbüslərinə verdiyi dəstək üçün də dərin minnətdarlığını ifadə edib. O, Nazirə TÜRKPA-nın fəaliyyəti barədə məlumat verərək türk dövlətlərinin Xarici İşlər Nazirlikləri ilə əməkdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.
Görüşdə, həmçinin gələcək tədbirlər, eləcə də 2026-cı ildə Qırğız Respublikasında keçiriləcək TÜRKPA-nın 15-ci plenar sessiyası
ətrafında müzakirələr aparılıb.
Hər iki tərəf Assambleyada davamlı və uzunmüddətli əməkdaşlığa sadiqliyini bir daha təsdiq edib.
Baş Katibi onun müavini Sakı Sadıkov müşayiət edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026