TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Qırğız parlamentinin sədri TÜRKPA Katibliyini ziyarət edib

Qırğız parlamentinin sədri TÜRKPA Katibliyini ziyarət edib

Tarix
Baxış
3
16 may 2023-cü il tarixində Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev Katibliyi ziyarət etmişdir. Parlamentin sədrini Joqorku Keneşin üzvləri Ulan Primov və İsgəndər Matraimov, TDT-nin ağsaqqalı Medetkan Şerimkulov, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Musa Quliyev, həmçinin hər iki ölkənin səfirləri Lətif Qəndilov və Kayrat Osmonaliyev müşayiət etmişdir. Ziyarət zamanı parlament sədri Qırğızıstan tərəfindən hədiyyə edilmiş milli qırğız yurtasının açılış mərasimi və Katibliyin həyətində ağacəkmə mərasimində iştirak etmişdir. Eyni zamanda, Joqorku Keneşin sədri Katibliyin əməkdaşları ilə görüşmüş və çıxışında TÜRKPA-nın türk dövlətləri arasında birlik və əməkdaşlıq istiqamətində əhəmiyyətini vurğulamışdır. Cənab Şakiyev yurtanın əcdadlardan qalan dəyərli irs olduğunu qeyd edərək, onun qırğız mədəniyyətinin ab-havası və unikal köçəri məskəni ilə tanış olmaq imkanı yaradacağına əminliyini ifadə etmişdir. Öz növbəsində, Baş katib Mehmet Süreyya Er nümayəndə heyətini salamlamış və Assambleya çərçivəsində görülən işlər barədə məlumat vermişdir.