Qəbələ TDT-nin 12-ci Zirvə Görüşünə evsahibliyi edib
Tarix
Baxış
4
Baş katib Mehmet Süreyya Er 2025-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusunda baş tutmuş Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşündə iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ev sahibliyində keçirilmiş Zirvə Görüşündə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuralıyev iştirak ediblər.
Zirvə Görüşünə, həmçinin Ağsaqqallar Şurasının sədri və üzvləri, Türk Əməkdaşlıq Təşkilatının rəhbərləri də qatılıb.
Qəbələ şəhərində iştirakçıları səmimi salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürünü bildiririb. O, ortaq tarix, mədəniyyət və milli-mənəvi dəyərlərlə güclənən təşkilatın inkişaf edən geosiyasi rolunu vurğulayıb.
Görüş zamanı dövlət başçıları çıxış edərək türk dünyası çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə, eləcə də TDT çərçivəsində türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Dövlət başçıları, həmçinin Türk əməkdaşlıq təşkilatlarının rolunun daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Zirvə Görüşündə Türkmənistana həm Türk Akademiyasında, həm də Türk mədəniyyəti və irsi Fondunda müşahidəçi statusunun verilməsi, qarşılıqlı maraq doğuran sahələrdə xarici tərəfdaşlarla əməkdaşlıq üçün çevik çərçivə kimi “OTS+” formatının yaradılması və Beynəlxalq Türk mədəniyyəti təşkilatının (TÜRKSOY) inkişafı və gücləndirilməsi haqqında əhəmiyyətli qərarlar qəbul edilib.
Təşkilatın sədrliyi Qırğız Respublikasından Azərbaycan Respublikasına təhvil verilib. Dövlət başçıları Xarici İşlər Nazirləri Şurasının yekunlaşdırdığı sənədləri imzalayıb və Qəbələ Bəyannaməsini qəbul ediblər.
TDT-nin növbəti müntəzəm Zirvə Görüşünün 2026-cı ilin payızında Türkiyədə, qeyri-rəsmi Zirvə Görüşünün isə 2026-cı ildə Qazaxıstanın ev sahibliyi ilə keçirilməsi qərara alınıb.
Zirvə Görüşü münasibətilə üzv və müşahidəçi dövlətlərin başçıları, eləcə də TDT-nin Baş katibi Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn təməlqoyma mərasimində iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026