Qazaxıstanın Manqistau vilayətinin nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət edib
Tarix
Baxış
4
13 oktyabr 2025-ci il tarixində Qazaxıstanın Manqistau vilayətinin nümayəndə heyəti 2025-ci ildə Aktau şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə əlaqədar etnomediasiya sahəsində təcrübə mübadiləsi məqsədilə Bakıya səfəri çərçivəsində TÜRKPA Katibliyini ziyarət edib.
Baş katib nümayəndə heyətini səmimi salamlayaraq Katibliyin hazırkı və gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, həmçinin müxtəlif sahələri əhatə edən və üzv ölkələr üçün model qanun layihələri hazırlayan TÜRKPA Komissiyalarının fəaliyyəti haqqında məlumat verib.
Öz növbəsində, nümayəndə heyətinin rəhbəri Canbırbay Matayev Qazaxıstan Xalqları Assambleyasının Manqistau vilayəti üzrə nümayəndəliyinin Mediasiya Şurasının işi barədə məlumat verib.
Görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanları və birgə fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Qazaxıstan Xalqları Assambleyasının Manqistau vilayəti üzrə nümayəndəliyinin Mediasiya Şurası etnik və sosial mübahisələrin həllinə, icmalar arasında qarşılıqlı anlaşma və harmoniya mühitinin gücləndirilməsinə xidmət edən qurumdur.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026