Qazaxıstan Respublikasının Prezidenti TÜRKPA nümayəndə heyətini qəbul edib
Tarix
Baxış
4
12 iyun 2025-ci il tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin Sədri Nurlanbek Turqunbek Uulu, Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nuriddin İsmoilov, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Sədri Ziya Öztürkler və TÜRKPA baş katibi Mehmet Süreyya Erdən ibarət TÜRKPA nümayəndə heyətini qəbul edib.
Prezident Kasım-Jomart Tokayev TÜRKPA-nın 14-cü plenar iclasında iştirak etmək üçün Astana şəhərində səfərdə olan nümayəndə heyətinin üzvlərini salamlayıb və plenar iclasın səmərəli təşkil olunacağına əminliyini ifadə edib.
Dövlət başçısı Qazaxıstanın türk dövlətlərinin iqtisadi, mədəni və humanitar inkişafına təsir göstərən mühüm siyasi təsisat olan TÜRKPA-nın fəaliyyətinə dəstək verdiyini bildirib. O, Türk dünyasının ortaq məqsədlərinə nail olunması istiqamətində TÜRKPA-nın potensialından istifadənin zəruriliyinı vurğulayıb.
Dövlət başçısı son illər türk inteqrasiyasının dərinləşməsinə güclü təkan verən bir sıra mühüm layihə və təşəbbüslərin həyata keçirildiyini məmnunluqla qeyd edib.
Sonda dövlət başçısı bu görüşün bir daha ortaq məqsədlərin vəhdətini və Türk dünyası ölkələri arasında həmrəyliyin qorunub saxlanmasının və möhkəmləndirilməsinin vacibliyini əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb.
TÜRKPA nümayəndə heyəti səmimi qəbula görə minnətdarlığını bildirib və Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsi və zənginləşdirilməsinə sarsılmaz sadiqliyini bir daha təsdiq edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026