Qazaxıstan Parlamentinin nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət edib
Tarix
Baxış
3
2021-ci ilin 13 sentyabr tarixində Qazaxıstan Respublikası Parlamenti Məclisinin Xarici işlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın rəhbərlik etdiyi və Məclisin üzvləri Amerxan Raximjanov (TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri), Darxan Mınbay və Əbilfəz Xamedovdan ibarət parlament nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət edib.
Baş katib Altınbek Mamayusupov qonaqları salamlamış, 2021-ci ilin 27-28 sentyabr tarixlərində Qazaxıstanın Türkistan şəhərində baş tutacaq TÜRKPA-nın 10-cu Plenar İclasına hazırlıqlarla bağlı ətraflı məlumat vermişdir.
Qazaxıstan Parlamentinin TÜRKPA-ya verdiyi böyük önəmi qeyd edən xanım Kuspan təşkilatın səmərəli fəaliyyətində Katiblik rəhbərliyinin roluna toxunmuşdur. Xanım Kuspan türkdilli ölkələrin müstəqilliklərinin 30-cu ildönümü ilə üst-üstə düşən qarşıdan gələn 10-cu Plenar İclası mühüm dönüş nöqtəsi kimi qeyd etmişdir. O, 10-cu yubiley plenar iclasın Türk dünyasının mənəvi paytaxtı Türkistanda təşkil edilməsinin əhəmiyyətini qeyd edərək, Assambleyanın fəaliyyətini dəstəkləməyə davam etməyə hazır olduqlarını bildirmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026