Özbəkistan Parlamenti Senatının sədri TÜRKPA missiyasını qəbul edib
Tarix
Baxış
3
26 oktyabr 2024-cü il tarixində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Özbəkistanda keçirilən parlament seçkilərinin monitorinqində iştirak edən TÜRKPA Seçki Müşahidə Missiyasını qəbul edib.
Missiyanı salamlayan Tənzilə Narbayeva TÜRKPA nümayəndə heyətini beynəlxalq müşahidəçilər arasında görməkdən böyük şərəf duyduğunu bildirib.
Parlament seçkilərinin yeni qarışıq seçki sistemi əsasında keçirilməsinin əhəmiyyətini qeyd edən Senat sədri seçkiləri mühüm siyasi hadisə kimi qiymətləndirib.
Missiya üzvləri fəaliyyətlərinə dair məlumat verib və qarşıdan gələn seçkilərin keçirilməsində uğurlar arzulayıblar.
Görüş zamanı türk dövlətlərinin parlamentləri ilə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi və Özbəkistanın TÜRKPA-nın fəaliyyətində iştirakı ilə bağlı məsələlər də müzakirə edilib.
TÜRKPA Seçki Müşahidə Missiyasının tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentariləri – Əhliman Əmiraslanov, Ağalar Vəliyev (Azərbaycan), Kudayberqen Beksultanov (Qazaxıstan), Azizbek Tursunbayev (Qırğızıstan), Osman Mesten, Mahmut Rıdvan Nazırlı, Kadim Durmaz, Harun Özgür Yıldızlı, Filiz Kılıç, Ömer Faruk Gergerlioğlu (Türkiyə), TÜRKPA Baş katibi Mehmet Süreyya Er, eləcə də parlamentlərin əməkdaşları və TÜRKPA Katibliyinin digər nümayəndələri daxildir. Missiyaya Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten rəhbərlik edir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026