TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Oş Dövlət Universitetində görüş

Oş Dövlət Universitetində görüş

Tarix
Baxış
3
Qırğızıstana səfəri zamanı Baş katib Jandos Asanov və müavini Altınbek Mamayusupov Oş Universitetinin Rektoru cənab Kanibek İsakov ilə görüşmüş və Universitetin professor və tələbə heyəti qarşısında çıxış etmişdir. Görüşdə Baş katib 30 mindən artıq tələbəsi olan Oş Universitetinin təhsilə müasir yanaşması ilə nəinki Qırğızıstan, eləcə də bütün Mərkəzi Asiyada yüksək qiymətləndirildiyini qeyd etmişdir. Eyni zamanda, o TürkPA-nın yaranması və fəaliyyəti haqqında məlumat vermişdir. Baş katibin müavini Altınbek Mamayusupov öz çıxışında təşkilatın əsas məqsədinin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, siyasi fikir mübadiləsi, türkdilli ölkələr arasında yeni mədəni və iqtisadi bağların qurulması olduğunu bildirmişdir. Müzakirələr Türk dünyası əməkdaşlığına dair sual-cavabla davam etdirilmişdir.