Monqolustan Parlamentinin sədri Baş katibi qəbul edib
Tarix
Baxış
3
12 iyun 2023-cü il tarixində Monqolustan Dövlət Böyük Xuralının (Parlament) sədri Qambojav Zandanşatar 13-14 iyun 2023-cü il tarixində keçiriləcək Trans-Altay Dayanıqlılıq Dialoqunda (TADD) iştirak etmək məqsədilə Monqolustanın Ulan-Bator şəhərində səfərdə olan Baş katib Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə, həmçinin Türkiyənin Monqolustandakı səfiri Zafer Ateş də iştirak etmişdir.
Parlament sədri monqol və türk xalqlarının yaxın köklərinə, tarixi və mədəni dəyərlərindəki ümumi cəhətlərə toxunmuş, Monqolustanın Üçüncü Qonşuluq Siyasəti çərçivəsində türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir. Bu kontekstdə o, türk əməkdaşlıq platformasının bütün səviyyələrində əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir.
Baş katib səmimi qarşılama və dayanıqlı inkişafa nail olunmasına töhfə vermək məqsədi ilə Monqolustan Parlamentinin ev sahibliyi etdiyi əlamətdar tədbir olan Trans-Altay Dayanıqlılıq Dialoqunda iştirak etmək üçün dəvətə görə minnətdarlığını bildirmişdir.
O, türk dünyasındakı əməkdaşlıq prosesləri haqqında danışmış, türk əməkdaşlığının parlament ölçüsü kimi TÜRKPA-nın fəaliyyəti barədə məlumat vermişdir. Baş katib Assambleyanın digər parlamentlər və parlamentlərarası təşkilatlarla qarşılıqlı fəaliyyətinə də toxunmuşdur.
Tərəflər Monqolustan Parlamenti ilə TÜRKPA arasında əməkdaşlıq perspektivləri, o cümlədən gələcəkdə Assambleyada müşahidəçi statusunun əldə edilməsi imkanları ətrafında fikir mübadiləsi aparmışdır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026