Missiya Azərbaycanın xarici işlər naziri ilə görüş keçirib
Tarix
Baxış
4
6 fevral 2024-cü il tarixində TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mestenin rəhbərlik etdiyi TÜRKPA Seçki Müşahidə Missiyası Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.
Nazir Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinə hazırlıq və bu çərçivədə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər barədə Missiyaya məlumat verib. O, suverenliyinin bərpasından sonra seçki prosesinin ilk dəfə olaraq ölkənin bütün ərazisində həyata keçiriləcəyinin tarixi əhəmiyyətini vurğulayaraq, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin yaradıldığını qeyd edib. Nazir türk dövlətləri arasında əlaqələrin inkişafında və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində TÜRKPA və parlament diplomatiyasının mühüm rolunu vurğulayıb.
TÜRKPA müşahidəçiləri Azərbaycanın 44 günlük Vətən Müharibəsi nəticəsində qazandığı qələbədən, o cümlədən suverenliyinin tam bərpasından sonra ilk dəfə keçiriləcək prezident seçkilərini müşahidə etməkdən məmnunluq duyaraq, seçkilərin nəticələrinin ölkənin gələcək inkişafında mühüm rol oynayacağına inamını ifadə ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026