Milli Məclisin sədri TÜRKPA Baş katibini qəbul edib
Tarix
Baxış
3
Milli Məclisin sədri TÜRKPA Baş katibini qəbul edib
29 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsəni qəbul edib.
Səmimi və konstruktiv şəraitdə keçən görüş zamanı Baş katib TÜRKPA-nın son iki ay yarım ərzində həyata keçirdiyi fəaliyyət, görülmüş işlər, atılmış addımlar, 2026-cı il üçün nəzərdə tutulan fəaliyyət planı, Özbəkistan Respublikasının TÜRKPA-ya üzv olması məsələsi, eləcə də qardaş ölkələrin birlik və bərabərliyinin möhkəmləndirilməsinə xidmət edən digər mühüm layihələr barədə ətraflı məlumat verib.
Öz növbəsində Sahibə xanım Qafarova TÜRKPA-nın Baş katibinə qısa müddət ərzində həyata keçirdiyi fəal və səmərəli fəaliyyətə görə təşəkkürünü bildirib, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən türk xalqlarının ortaq mənəvi birliyinə xidmət edən və parlament diplomatiyasının əsas istiqamətlərindən biri olan parlamentlərarası əməkdaşlıq çərçivəsində TÜRKPA-nın fəaliyyətinin yüksək qiymətləndirildiyini vurğulayıb. Xanım Sədr eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi ev sahibi ölkə qismində TÜRKPA-nın gələcək fəaliyyətinə bundan sonra da hərtərəfli dəstəyini göstərməyə davam edəcəkdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026