TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Milli Məclisin sədri TÜRKPA Baş katibini qəbul edib

Milli Məclisin sədri TÜRKPA Baş katibini qəbul edib

Tarix
Baxış
4
15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyətini qəbul edib. Spiker Sahibə Qafarova cənab Ramil Həsəni TÜRKPA-nın Baş katibi olaraq vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Baş katib öz növbəsində səmimi qəbula və TÜRKPA-nın fəaliyyətinə və təşəbbüslərinə davamlı dəstəyə görə öz minnətdarlığını bildirib. Görüş zamanı tərəflər Assambleyanın cari və gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıb, qarşıdakı dövrdə əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər. Baş katibi onun müavinləri Talqat Aduov, Sakı Sadıkov, Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.