TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Milli Məclisin Sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin İclasının iştirakçılarını qəbul edib

Milli Məclisin Sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin İclasının iştirakçılarını qəbul edib

Tarix
Baxış
3
25 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin İclasının iştirakçılarını qəbul edib. Milli Məclisin Sədri qonaqları salamlayaraq, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilən görüşün səmərəli müzakirələr üçün imkan yaradacağına əminliyini ifadə edib. Görüşdə Milli Məclisin Sədri türk dövlətlərinin çoxtərəfli əməkdaşlıq mexanizmləri kimi Türk Dövlətləri Təşkilatının və TÜRKPA-nın əhəmiyyətini vurğulayıb. O, regionda və qlobal səviyyədə gedən proseslərin və çağırışların qardaş türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin birgə fəaliyyətinin gücləndirilməsini zəruri etdiyini qeyd edib. Görüşdə türk əməkdaşlığı və regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Xarici əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aydos Sarım, Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq əlaqələr, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Leyla Lurova, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Favziyeva, Şimali Kipr Türk Respublikası Məclisinin Hüquq, siyasi məsələlər və xarici əlaqələr komitəsinin sədri Yasemin Öztürk və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er və digər rəsmilər iştirak ediblər.