TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Milli Məclis Sədri Baş katibi qəbul edib

Milli Məclis Sədri Baş katibi qəbul edib

Tarix
Baxış
3
16 dekabr 2019-cu ildə, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov Baş katib Altınbek Mamayusupovu qəbul etmişdir. Tərəflər 18 dekabr 2019-cu ildə TÜRKPA-nın Bakıda keçiriləcək qarşıdan gələn 9-cu Plenar İclasına hazırlığı müzakirə etmişdir. 9-cu Plenar İclas parlamentlərin başçıları, parlament nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcəkdir. TÜRKPA-da sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikası Milli Məclisinə təhvil veriləcəkdir. İclasın gündəliyi TÜRKPA komissiyalarının son iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, TÜRKPA seçki müşahidə missiyasının Qazaxıstanda keçirilmiş erkən Prezident seçkiləri ilə bağlı hesabatı, TÜRKPA-nın yenidən baxılmış hüquqi sənədlərinin və model qanunların qəbulu kimi məsələləri əhatə edəcəkdir.