MDB PA DİMBİ Bakı filialının nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət edib
Tarix
Baxış
3
21 fevral 2023-cü il tarixində MDB PA-nın Baş katibinin müavini Aydın Cəfərovun rəhbərlik etdiyi Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının nümayəndə heyəti Katibliyi ziyarət etmiş və diplomatik heyət üzvləri ilə görüşmüşdür.
Görüş zamanı cənab Cəfərov Türkiyədə baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı vermiş və yaralananların tezliklə sağlamlıqlarına qovuşmasını diləmişdir. Baş katib Mehmet Süreyya Er dəstək ifadə edən sözlərə görə cənab Cəfərova minnətdarlığını bildirmişdir.
Eyni zamanda, cənab Cəfərov MDB PA-nın iki təşkilatın əməkdaşlığına xüsusi önəm verdiyini vurğulamış, MDB PA DİMBİ Bakı filialının yeni təyin olunmuş direktoru Ramin Rzayevi təqdim etmişdir. Cənab Rzayev, öz növbəsində, Bakı filialının TÜRKPA ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu ifadə etmişdir.
Tərəflər təşkilatlar arasında təcrübə mübadiləsi və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmışdır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026