TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Macarıstanın səfiri TÜRKPA Katibliyini ziyarət edib

Macarıstanın səfiri TÜRKPA Katibliyini ziyarət edib

Tarix
Baxış
3
7 mart 2023-cü il tarixində Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma Baş katib Mehmet Süreyya Erə nəzakət ziyarəti etmişdir. Baş katib cənab Tormaya təşəkkürünü bildirərək onu səfir vəzifəsinə təyin olunması münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Baş katib Assambleyanın fəaliyyəti barədə məlumat vermişdir. Tərəflər TÜRKPA çərçivəsində üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparmışdır.