Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
Tarix
Baxış
3
4 dekabr 2025-ci il tarixində KKTC-nin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib.
Nazir Oğuzhan Hasipoğlunun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə KKTC-nin Bakı Nümayəndəliyinin rəhbəri səfir Ufuk Turganer, KKTC-nin Əmək və Sosial Müdafiə Nazirliyinin Əmək şöbəsinin müdiri Sezgi Ballı Çobanoğlu, KKTC-nin Bakı Nümayəndəliyinin 3-cü katibi Görkem Reis, nazir müşaviri Eda Özçetiner Demir və KKTC-nin Əmək və Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Gizem Özgeç daxil edilib.
Səmimi mühitdə baş tutan görüşdə Baş katib səfir Ramil Həsən nazirə Assambleyanın fəaliyyəti, eləcə də TÜRKPA Beynəlxalq Katibliyinin fəaliyyət planına daxil edilmiş son təşəbbüslər və gələcək layihələr və 2026-cı il TÜRKPA gündəliyində duran məsələlərə dair Assambleyanın həyata keçirəcəyi işlər barədə ətraflı məlumat verib. O, həmçinin Assambleyanın mandatı çərçivəsində TÜRKPA-nın KKTC-nin gələcək fəaliyyətinə hərtərəfli dəstək verməyə hazır olduğunu bir daha təsdiq edib. Eyni zamanda TÜRKPA üzv parlamentlərinin sədrlərinin Parlamentlərarası İttifaqın İstanbul şəhərində baş tutacaq 152-ci Assambleyası çərçivəsində keçirilməsi nəzərdə tutalan qeyri-rəsmi görüşü ilə bağlı məlumat diqqətə çatdırılıb.
Öz növbəsində, nazir Oğuzhan Hasipoğlu səfir Ramil Həsəni vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və mühüm fəaliyyətində davamlı nailiyyətlər arzu edib. O, Assambleyanın fəaliyyətində KKTC-nin fəal iştirakına və təmsilçiliyinin artırılmasına verdiyi davamlı dəstəyə və konstruktiv səylərə görə Baş katib səfir Ramil Həsənə dərin minnətdarlığını bildirib.
Tərəflər, həmçinin türk dövlətləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi və KKTC-nin tanınılmasının daha da gücləndirilməsi ilə bağlı məsələri müzakirə ediblər. Səfir Ramil Həsən nazir Oğuzhan Hasipoğlunu TÜRKPA Beynəlxalq Katibliyində salamlamaqdan böyük şərəf və məmnunluq duyduğunu vurğulayıb. O, həmçinin KKTC-nin Assambleyanın fəaliyyətində iştirakının türk dünyasının ayrılmaz hissəsi olduğunu qeyd edib. Gələcək əməkdaşlığa dair əminliyini ifadə edən Baş katib səfir Ramil Həsən KKTC ilə əməkdaşlığın qarşıdakı dövrdə də davam edəcəyinə inamını bir daha ifadə edib.
Görüşdə Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, Komissiya katibi Bauırjan Datkayev, Protokol xidmətinin rəisi Yadigar Məmmədov və Baş katibin köməkçisi Təhminə Bakiyeva iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026